İtaliya A Seriyasının 12-ci turunda "Milan" evdə "Frozinone"ni 5:1 hesabı ilə darmadağın edib.
1Sport.az xəbər verir ki, meydan sahiblərinin heyətində Qabriele Kalvani, Qonsalo Ramuş , Ardon Yaşari, Alfaco Sisse və Kristian Pulişiç fərqlənib. Qonaqların yeganə qolunu isə 25-ci dəqiqədə Patrisio Masini vurub.
Bu qələbə ilə xallarını 27-yə çatdıran "Milan" 4-cü pilləyə yüksəlib, 20 xalı olan "Frozinone" isə 7-ci sırada qalıb.

