Karlos Alkaras tarixi uğurlarına baxmayaraq, rekord qırmağı əsas məqsəd hesab etmədiyini bildirib.
1Sport.az xəbər verir ki, ispaniyalı “Böyük Dəbilqə” turnirinin hamısını və ATP Finalını qazanan dördüncü oyunçu olması ilə bağlı fikirlərini bölüşüb:
“Tarix yazmaq və rekordlar qırmaq üçün oynamıram. Bilirdim ki, qələbə qazansam, tarixdə dörd “Böyük Dəbilqə” turnirinin hamısını və ATP Finalını qazanan dördüncü tennisçi olacağam. Sadəcə, tennisdən zövq almaq, komandam və sevdiyim insanlar üçün korta çıxıram. Mənim üçün əsas olan arzularımı həyata keçirmək və azarkeşlərdən aldığım enerjidir. Əlbəttə, tarix yazmaq da gözəldir”.
Qeyd edək ki, 23 yaşlı tennisçi 2026-cı il Nitto ATP Finallarının həlledici görüşündə qələbə qazanaraq karyerasında ilk dəfə turnirin çempionu olub.

