Araz Bağırov növbəti üç oyunda komandasının yanında ola bilməyəcək.
1Sport.az xəbər verir ki, AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XII turunda keçirilən “Şamaxı” – “Turan Tovuz” matçında baş verən hadisə ilə bağlı qərar qəbul edib.
Görüşün ilk hissəsindən sonra rəqibi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan “Şamaxı”nın məşqçisi 3 oyunluq cəzalandırılıb.
Bundan əlavə, bölgə təmsilçisi 8000 manat cərimə ödəyəcək. Qərar İntizam Məcəlləsinin 52.3-cü maddəsinə əsasən verilib.

