AFFA "Səbail"in futbolçusunu cəzalandırdı

Ezekiel Morqan I Liqada növbəti matçda meydana çıxa bilməyəcək.

1Sport.az xəbər verir ki, AFFA İntizam Komitəsi MOİK – “Səbail” qarşılaşmasında baş verən hadisə ilə bağlı qərar verib.

Matçın 75-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan “Səbail”in 20 nömrəli futbolçusu bir oyunluq cəza alıb. Buna görə klub 150 manat cərimələnib.

Qərar İntizam Məcəlləsinin 17.5 və 17.7-ci maddələrinə əsasən qəbul olunub.

0
🖨 Çap et ⚑ Şikayət et