UEFA-nın rəsmi saytında Azərbaycan Premyer Liqası ilə bağlı biabırçı məqamlar diqqət çəkir.
1Sport.az xəbər verir ki, qurumun turnir cədvəlində "İmişli" hələ də illər öncə fəaliyyətini dayandırmış "Mil-Muğan" kimi təqdim olunur. Üstəlik, komandanın emblemi də sistemə əlavə edilməyib.
Eyni problem "Şəfa"da da yaşanır. Cədvəldə Bakı təmsilçisinin loqosu ümumiyyətlə yoxdur.
"Kəpəz" və "Turan Tovuz"a gəlincə, UEFA hər iki klubun köhnə gerbindən istifadə edir.
Avropa futboluna nəzarət edən rəsmi qurumun milli çempionatımızın iştirakçılarına qarşı bu cür məsuliyyətsiz münasibəti təəccüb doğurur.


