“Hall Siti” yayda icarəyə götürdüyü fransalı hücumçu Robinio Vazla yollarını ayırmağı planlaşdırır.
1Sport.az xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu klub 19 yaşlı forvardın müqaviləsinə qışda xitam verərək onu “Roma”ya qaytaracaq. İtaliya təmsilçisi isə gənc oyunçunu başqa kluba icarəyə göndərmək niyyətindədir.
Qeyd edək ki, “Hall Siti” futbolçunu 2 milyon avro qarşılığında və 30 milyon avroluq satınalma şərti ilə icarəyə götürmüşdü. Cari mövsümdə 7 matçda 200 dəqiqə meydanda olan Robinio Vaz məhsuldar göstərici ilə yadda qalmayıb.

