DataLife Engine / “Hall Siti” gənc hücumçusunu “Roma”ya qaytarır

“Hall Siti” gənc hücumçusunu “Roma”ya qaytarır

​“Hall Siti” yayda icarəyə götürdüyü fransalı hücumçu Robinio Vazla yollarını ayırmağı planlaşdırır.

​1Sport.az xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu klub 19 yaşlı forvardın müqaviləsinə qışda xitam verərək onu “Roma”ya qaytaracaq. İtaliya təmsilçisi isə gənc oyunçunu başqa kluba icarəyə göndərmək niyyətindədir.

​Qeyd edək ki, “Hall Siti” futbolçunu 2 milyon avro qarşılığında və 30 milyon avroluq satınalma şərti ilə icarəyə götürmüşdü. Cari mövsümdə 7 matçda 200 dəqiqə meydanda olan Robinio Vaz məhsuldar göstərici ilə yadda qalmayıb.

Dünən, 10:23
Geri dön