"Barselona"da narahatlıq

“Barselona”nın müdafiəçisi Alexandro Balde sağ topuğundan zədələnib.

1Sport.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. İspanda həmin nahiyənin yüngül burxulması aşkarlanıb.

23 yaşlı müdafiəçinin “Deportivo” ilə qarşıdakı görüşdə iştirakı sual altındadır. Onun meydana çıxıb-çıxmayacağı bərpa prosesinin gedişindən asılı olacaq.

Qeyd edək ki, Balde cari mövsümdə “Barselona”nın heyətində 6 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

0
🖨 Çap et ⚑ Şikayət et