UEFA “Beşiktaş”ın oyunu ilə bağlı araşdırma başladıb

UEFA Avropa Liqasında “Beşiktaş” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında keçirilən matçda baş verən hadisələrlə bağlı araşdırma başladıb.

1Sport.az xəbər verir ki, qurum stadiondakı zorakılıq hallarını pisləyib və məsələni araşdırmaq üçün etika və intizam müfəttişləri təyin edib.

Qeyd edək ki, dünən Batumidə keçirilən və “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatan görüşün 26-cı dəqiqəsində polis Fələstin bayrağı açan azarkeşlərə müdaxilə etdiyi üçün oyun təxminən 40 dəqiqəlik dayandırılmışdı.

0
🖨 Çap et ⚑ Şikayət et