Formula 1-də növbəti dayanacaq Qətərdir

Formula 1 üzrə dünya çempionatında mövsümün 22-ci mərhələsi olan Qətər Qran-prisi keçiriləcək.

1Sport.az xəbər verir ki, 5,4 kilometrlik Beynəlxalq Lusail trekində 57 dövrədən ibarət olacaq yarışın sıralama turu sabah saat 22:00-da baş tutacaq. Əsas yarış isə noyabrın 29-da saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Mersedes”in italiyalı pilotu Kimi Antonelli fərdi, komandası isə Mühəndislər Kubokunda çempionluğu artıq rəsmiləşdirib.

0
🖨 Çap et ⚑ Şikayət et