Dirk Kuyt Belçikanın “OH Leuven” klubunun yeni baş məşqçisi olmağa yaxındır.
1Sport.az xəbər verir ki, 46 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir. Yaxın günlərdə rəsmi müqavilə imzalayacaq çalışdırıcının bazar ertəsi komanda ilə ilk məşqinə çıxması planlaşdırılır.
Qeyd edək ki, Kuyt son olaraq Türkiyənin “Fənərbağça” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.

