"Fənərbağça"da 20 illik dövr başa çatdı

Türkiyənin "Fənərbağça" klubunda uzun illər müxtəlif vəzifələrdə çalışmış Zeki Murat Göle İstanbul təmsilçisindən ayrıldığını açıqlayıb.

1Sport.az xəbər verir ki, 2007-ci il fevralın 17-də klubun futbol məktəbində məşqçilik karyerasına başlayan mütəxəssis akademiyadan əsas komandaya qədər yüksəlib. Köməkçi məşqçi və müxtəlif dövrlərdə baş məşqçi əvəzi kimi fəaliyyət göstərən Göle 20 illik "Fənərbağça" macərasının sona çatdığını bəyan edib.

0
🖨 Çap et ⚑ Şikayət et