"Bavariya"nın ulduzu yenidən sıradan çıxdı

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala yenidən zədələnib.

1Sport.az xəbər verir ki, 23 yaşlı alman futbolçunun Çempionlar Liqasında "Lill"lə keçirilən oyunda köhnə zədəsi təkrarlanıb. Bud nahiyəsində əzələ yırtığı aşkarlanan oyunçu 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Musiala uzunmüddətli zədədən sonra yenicə sıraya dönmüşdü.

0
🖨 Çap et ⚑ Şikayət et