Bu gün Misli Premyer Liqasında XIII tura start verilib.
1Sport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında “İmişli” Yevlax şəhər stadionunda “Şəfa”nı qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün mərkəzi qarşılaşmasında isə lider “Neftçi” “Palms Sports Arena”da “Zirə”ni sınağa çəkib. Paytaxt təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, “Neftçi” cari mövsümdə yeganə məğlubiyyətini ilk dövrədə məhz “Zirə”dən (0:1) almışdı.
Misli Premyer Liqası
II dövrə, XIII tur
27 noyabr
14:30. “İmişli” – “Şəfa” 1:3
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
Köməkçi VAR hakimi: Zöhrab Abbasov
Yevlax şəhər stadionu
19:00. “Neftçi” – “Zirə” 1:0
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Kamal Umudlu
Köməkçi VAR hakimi: Şirməmməd Məmmədov
“Palms Sports Arena”

