“İnter”in futbolçusu Alessandro Bastoni zədələnib.
1Sport.az xəbər verir ki, italiyalı müdafiəçi Çempionlar Liqasında “Ştutqart”a 2:0 hesabı ilə qalib gəldikləri matçın 41-ci dəqiqəsində sıradan çıxıb. Tibbi müayinədən sonra sol bud əzələsində gərilmə aşkarlanan oyunçu təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Baş məşqçi Kristian Kivu onu dekabrın 18-də A Seriyasında “Leççe”, bu alınmasa isə dekabrın 22-də İtaliya Superkubokunda “Latsio” ilə keçiriləcək oyuna qədər sağaltmağı hədəfləyir.

