"Heçkim bizə xal hədiyyə etməyəcək"- Ervins Perkons

Misli Premyer Liqasının 13-cü turunda "İmişli" Yevlax şəhər stadionunda "Şəfa"ya məğlub oldu - 1:3.

1Sport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında bölgə təmsilçisinin baş məşqçisi Ervins Perkons iştirak etdi.

Mütəxəssis görüş haqda bunları söylədi:

"Oyun haqda danışılacaq çox şey yoxdur. Rəqib yaxşı oynadı, biz isə sadəcə stadionda idik. Komandada sanki mübarizə, istək yox idi. Rəqib üçün isə sanki bu matç final oyunu idi. Bütün mübarizələrdə bizi üstələdilər. Heç kəs sənə xal verməyəcək, bunu özün qazanmalısan. Rəqib bizdən üstün idi, buna görə də qələbə qazandılar. Birinci hissədə 4-4-2 sistemi ilə oynadıq, ikinci hissədə isə taktikanı dəyişərək 3-5-2-yə keçdik. Topun irəli aparılması yarımmüdafiəçilərdən asılı idi. Onlar daha çox driblinq etməyə çalışırdılar. Belə olanda topun cinahlara çatdırılması ləngiyir. İstədiyimiz nəticəni əldə edə bilmədik".

0
🖨 Çap et ⚑ Şikayət et