10 qat dünya çempionu karyerasını başa vurur

MotoGP-nin əfsanəvi pilotu Mark Markes peşəkar karyerasını bitirmək qərarına gəlib.

1Sport.az xəbər verir ki, 33 yaşlı ispaniyalı sürücü noyabrın 29-da İspaniyada keçiriləcək mövsümün son yarışı olan Valensiya Qran-prisindən sonra "Dukati"nin heyətində son dəfə trekkə çıxaraq idmanla vidalaşacaq.

Qeyd edək ki, Markes ötən həftə Portuqaliyada ümumilikdə 10-cu, MotoGP sinfində isə 8-ci dünya çempionluğunu qazanaraq Valentino Rossinin rekordunu (9 titul) yeniləyib.

0
🖨 Çap et ⚑ Şikayət et