Keçmiş futbolçu Dani Alves həbsxanada keçirdiyi 14 ayın həyatına təsirindən danışıb.
1Sport.az xəbər verir ki, braziliyalı sabiq müdafiəçi dini konfranslardan birində milyonlarla avro qazandığı futbol illəri ilə həbsxana təcrübəsini müqayisə edib. O, orada gördüyü işlərə görə 113 avro aldığını bildirib:
“Milyonlarla avro qazanırdım, Allaha şükür. Amma həbsxanada 113 avro qazanarkən, milyonlar qazandığım vaxtdan daha xoşbəxt idim”.
Qeyd edək ki, Alves 2025-ci ilin martında Kataloniya Ali Məhkəməsinin qərarı ilə bəraət alıb.

