Braziliyada futbola dair yeni qayda

Braziliyada futbolçuların və məşqçilərin maaşlarını gecikdirən klublara qarşı yeni cəza qüvvəyə minəcək.

1Sport.az xəbər verir ki, 2028-ci ildən etibarən əməkhaqları vaxtında ödəməyən klublar çempionatda 3 xal itirəcəklər. Bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb.

Yeni qaydalara əsaən, komandalar Braziliya çempionatının startına 20 gün qalmış Futbolun Tənzimlənməsi və Dayanıqlığı üzrə Milli Agentliyə (ANRESF) maaşlar ilə əlaqəli gecikmiş ödənişlərinin olmadığını təsdiqləməlidirlər. Tələbi yerinə yetirməyən klublar turnirə mənfi 3 xalla başlayacaqlar.




0
🖨 Çap et ⚑ Şikayət et