Aleksandr Bublik Şimali Palmira Kubokunda kortlara qayıtmasından məmnun olduğunu bildirib.
1Sport.az xəbər verir ki, qazaxıstanlı tennisçi Sankt-Peterburqda keçirilən turnirdəki ilk matçından sonra zədədən bərpa prosesi və tennisə dönüşü barədə danışıb.
O, uzun müddət kortlardan uzaq qaldığını, mövsümü ilk dəfə zədə səbəbindən başa vurduğunu və turnirə qədər təxminən 20 məşq keçirdiyini qeyd edib. Bublik həmçinin doğma azarkeşlər qarşısında oynamaqdan və tennis atmosferini yenidən hiss etməkdən məmnunluğunu ifadə edib:
“Bu günü və tennis həvəsini yenidən hiss etməyi səbirsizliklə gözləyirdim. Sankt-Peterburqda, doğma azarkeşlər qarşısında oynamaq fantastik idi”.
Qeyd edək ki, 29 yaşlı oyunçu sağ dizindən aldığı zədəyə görə təxminən 5 həftə kortlardan uzaq qalmışdı.