DataLife Engine / Stabbs Sobolenkonun gələcək uğurlarına inanır

Stabbs Sobolenkonun gələcək uğurlarına inanır

Keçmiş tennisçi Renne Stabbs Arina Sobolenkonun 2027-ci ildə “Böyük Dəbilqə” turnirlərindən birində qalib gəlmək şanslarını dəyərləndirib.

1Sport.az xəbər verir ki, “The Tennis Gazette” nəşrinə danışan avstraliyalı mütəxəssis belaruslu tennisçinin bunun üçün kifayət qədər potensiala malik olduğunu bildirib:

“Arina ən yaxşı oyununu nümayiş etdirəndə istənilən rəqib onun qarşısında çətinlik çəkər. Daha bir “Böyük Dəbilqə” turnirini qazanmaq üçün lazımi səviyyəyə malikdir. Lakin o, bəzi məqamları dəyişməli, psixoloji vəziyyətini və məşqlərdəki oyununu yaxşılaşdırmalıdır. Bunları korta köçürə bilsə, şübhəsiz ki, daha bir “Böyük Dəbilqə” turnirinin qalibi olacaq. O, bunu bacarmayacaq qədər zəif tennisçi deyil”.

Qeyd edək ki, Renne Stabbs cütlüklər yarışında dördqat “Böyük Dəbilqə” çempionudur.

Bu gün, 17:34
Geri dön