Aleksandr Zverev ATP-2026 Yekun Turnirinin qrup mərhələsində Artur Fis üzərində qazandığı qələbədən sonra fikirlərini bölüşüb.
1Sport.az xəbər verir ki, almaniyalı tennisçi yarımfinala yüksəlməsini əvvəlcədən təmin etdiyi üçün matçın gedişində oyunun tempinin aşağı düşdüyünü bildirib:
“İlk iki görüşdə yaxşı çıxış etdim. Bu gün isə oynamaq mənim üçün daha çətin idi. Növbəti mərhələyə yüksəldiyini biləndə oyuna köklənmək asan olmur və temp aşağı düşür. Buna baxmayaraq, iki setdə qalib gəldim və üçüncünü oynamağa ehtiyac qalmadı”.
Qeyd edək ki, Zverev qrup mərhələsində hər üç görüşdə qalib gələrək yarımfinala yüksəlib. 29 yaşlı tennisçi karyerası ərzində iki dəfə ATP Yekun Turnirinin qalibi olub.