Manşet - 1Sport.az

Gəncədə "Kəpəz"lə "Qarabağ"ın futbol şousunu izləyəcəyik
Misli Premyer Liqasının 12-ci turunda "Kəpəz" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Görüşə böyük azarkeş marağının olacağı gözlənilir. Buna əsas səbəb həm komandalar arasındakı xal fərqi, həm də klubların son oyunlarında qeydə alınan nəticələrdir.

Belə ki, hazırda "köhlən atlar" 19 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Ağdam təmsilçisi liderlər qrupundan uzaqlaşmamaq üçün oyuna ciddi hazırlaşacaq.

"Sarı-göylər" isə 17 xalla altıncıdır. Meydan sahibləri qalib gələrsə, Ağdam klubunu geridə qoyacaq. Ötən mövsümkü son iki dueldə "Kəpəz"in qələbə qazanıb. "Qarabağ"ın hazırkı nəticələrini də nəzərə alsaq, "Kəpəz"in bu görüşdə asan təslim olmayacağını söyləyə bilərik. "Sarı-göylər"ın doğma meydanda fərqli motivasiya ilə oynadığı hamıya bəllidir.

Bilet satışının ilk günündə rekord nəticənin qeydə alınması da təsadüfi deyil. 15363 nəfərlik tutuma malik olan Gəncə şəhər stadionunda artıq 8400 azarkeş birinci satış günündən oyun üçün öz yerini alıb. "Qarabağ" fanatları da stadionda öz yerlərini alacaq. Yayılan məlumata görə, Ağdam klubu Gəncə rəhbərliyindən 3000 bilet tələb edib. Bu, o deməkdir ki, həm "Kəpəz"ə, həm də "Qarabağ" oyunda böyük dəstək olacaq.

Rəqəmlərdən də göründüyü kimi meydanda və tribunalarda böyük derbi atmosferi yaşanacaq.

Şahruddin AFFA rəhbərliyinin bacarıqsızlığını ifşa etdi
Azərbaycan millisi rüsvayçı vəziyyətdədir.

Andorra üzərində qələbəni fövqəladə bir hadisəyə çevirmək, Lixtenşteynə qalib gəlməyi təkrarolunmaz bir uğur kimi təqdim etmək, D Liqasında qitənin ən zəif yığmalarının qərarlaşdığı qrupu lider başa vurmağı xalqa böyük bir nəticə adı ilə sırımaq azmış kimi indi də Şahruddin Məhəmmədəliyev azerisport.com-a müsahibəsində çıxıb deyir ki, "biz pley-off-a top fərqinə görə gedildiyini bilmirdik. Yoxsa Lixtenşteynə daha çox qol vurardıq".

AFFA-nın iç üzünü bundan artıq hansısa cümlə ilə ifadə etmək olmazdı. Qurum rəhbərliyi jurnalistlərin fikirlərini hər vəcdlə təkzib edir. Bəs Şahruddinin onların səriştəsizliyini ifşa edən sözlərinə nə cavab verəcəklər?! Qapıçı ki, onlarla eyni cəbhədə dayanan şəxsdir. Məhəmmədəliyev digər cümləsində isə xallar bərabər olduqda reytinqdə üstün olan millinin pley-off-a yollanacağını düşündüyünü, qaydalarda bəzi dəyişikliklərdən xəbərsiz olduğunu bildirib.

Oyunçu iştirak etdiyi turnirin reqlamentini necə bilməz axı? Yaxşı, deyək ki, futbolçu bilmir. Bəs komandanın məşqçilər korpusu hara baxır? Turnir başlayanda AFFA rəhbərliyi yenilikləri təhlil edib baş məşqçinin, futbolçuların, kollektivin önünə konkret hədəf qoymurmu? Bu insanlar stadiona məqsədsizmi çıxır? Yığmanın Lixtenşteynə ən azı dörd-beş cavabsız qol vurması üçün hansısa meyar dəyişikliyinə gərək olmamalıdır. Bu hər şeydən öncə futbolçuların borcudu. Digər bir rəzalət isə Maltanı qabaqlaya bilməməsidir və nəticənin məlumatsızlıqla əlaqələndirilməsi xalqı ələ salmaqdır.

AFFA rəhbərliyi indiki halda ya bacarıqsızlığını boynuna alaraq sakitcə istefa verməli, ya da xalqdan üzr istəməlidir. Çünki millinin Avropa Çempionatının pley-off mərhələsinə vəsiqə qazanması üçün bir də belə real şansının olması möcüzəyə bərabərdir. Azarkeşlərin açıq formada hissləri ilə oynamaq və media önündə rahatca səsləndirmək artıq özbaşınalığın pik həddidir.

Mehdi Hüseynzadə adına stadion "Sabah"la oyuna hazırlanır
Misli Premyer Liqasının 12-ci turunda "Sumqayıt" "Sabah"ı qəbul edəcək.

1Sport.az xəbər verir ki, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Artıq arenada yekun təmizləmə işləri aparılır. Stadionun ot örtüyü ideal səviyyədədir. Bir sözlə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu "Sabah" oyuna tam hazır vəziyyətdədir.

Millimizin qələbələri gələcək üçün nə vəd edir?
"1Sport TV" və "Sportal TV"də yayımlanan "Sözün Düzü" verilişinin növbəti buraxılışı efirə gedib.

1Sport.az xəbər verir ki, Mirbağırağa Cəfərli proqramda yığmamızın Lixtenşteyn və Andorra ilə oyunlarını şərh edib.

Ekspert millimizin qələbələrinin günü qurtarmaqdan başqa işə yaramadığını söyləyib.

Həmin görüntüləri təqdim edirik:

Ehtiram Quliyevi həm cərimələyən, həm də tərifləyən AFFA
"1Sport TV" və "Sportal TV"də birgə yayımlanan "Sözün Düzü" verilişinin növbəti buraxılışı efirə gedib.

1Sport.az xəbər verir ki, proqramda İlkin Sultanlı və Mirbağırağa Cəfərli millinin son 2 oyununu və AFFA-nın baş katibi Cahangir Fərəcullayevin Andorrada jurnalistlərə verdiyi müsahibəni müzakirə ediblər.

Verilişi tam olaraq təqdim edirik:

"Sabah" baş məşqçi ilə yolları ayıra bilər
"Sabah"da baş məşqçi ilə yollar ayrılmağa yaxındır.

1Sport.az xəbər verir ki, "bayquşlar"ın U-19 və əvəzedici komandalarının baş məşqçisi olan Adino Mustedanaqiç komandadan göndərilə bilər. Belə bir qərar verilməsinin əsas səbəbi isə kollekticlərin son oyunlarda qənaətbəxş nəticələr göstərə bilməməsidir.

U-19 komandasının UEFA Gənclər Liqasındakı son oyunlarda yekun hesabları isə tamamilə faciəvidir.

"Mançester Yunayted" 5:0 "Sabah"
"Sabah" 0:3 "Slaviya Praqa"
"Sabah" 0:2 "Borussiya Dortmund"
"Vikinq" 5:0 "Sabah"

Hakimlər meydanda qışqırır, AFFA hesabı qarışdırır
Azərbaycanın U-21 millisinin Oman U-23 yığması ilə keçirdiyi yoxlama oyununda AFFA-nın təşkilatçılığı ciddi suallar doğurub.

Qarşılaşmada hakimlərin normal fəaliyyət göstərməsi üçün zəruri olan rabitə avadanlıqları təmin edilməyib.

Oyunu stadiondan izləyən əməkdaşımızın məlumatına görə, hakimlər briqadasının ixtiyarında qulaqlıq və mikrofon yoxdur. Nəticədə referilər qərarlarını bir-birlərinə qışqıraraq çatdırmaq məcburiyyətində qalıblar.

Baş hakim Cavid Cəlilovun idarə etdiyi qarşılaşmada bu çatışmazlıq bir neçə dəfə özünü göstərib. Yan xətt hakimləri oyundankənar vəziyyət qeydə alsalar da, baş hakim onların qərarlarını eşitməyərək oyunu davam etdirib. Yalnız müəyyən müddət keçdikdən sonra köməkçilərinin işarələrindən xəbər tutub.

Bu, milli komandalar səviyyəsində keçirilən oyunun təşkilinə göstərilən münasibətin bariz nümunəsidir.

AFFA-nın təşkilatçılıq sahəsindəki problemləri bununla da bitməyib. Federasiyanın rəsmi saytında qarşılaşmanın hesabı da yanlış göstərilib.

Belə ki, meydanda hesab 1:1 olduğu halda, AFFA-nın saytında Azərbaycan millisinin 1:0 hesabı ilə öndə olduğu qeyd edilib. Halbuki qarşılaşmada hesabı açan tərəf Oman yığması olub.

Ortaya haqlı sual çıxır: AFFA nəinki meydandakı hakimləri normal rabitə vasitələri ilə təmin edə bilir, hətta öz millisinin oyununda hesabın neçə olduğunu da düzgün göstərməyi bacarmır?

Söhbət hansısa həvəskar turnirdən yox, Azərbaycanın gənclər millisinin beynəlxalq yoxlama görüşündən gedir. Belə qarşılaşmalarda təşkilati məsələlərin əvvəlcədən həll olunması, hakimlərin iş şəraitinin təmin edilməsi və ictimaiyyətə düzgün məlumat çatdırılması federasiyanın ən elementar vəzifələrindəndir.

Hakimlərin meydanda bir-birinə qışqıraraq qərar çatdırması, oyundankənar vəziyyətlərin gec qeydə alınması, üstəlik, rəsmi saytda hesabın səhv göstərilməsi AFFA-nın təşkilati işinə nə dərəcədə ciddi yanaşdığını sual altına qoyur.

Azərbaycan futbolunun inkişafından danışan qurum əvvəlcə bir yoxlama matçını problemsiz təşkil etməyi və hesabı düzgün yazmağı bacarmalıdır.

AFFA rəhbərliyi bu cür hallara görə məsuliyyət daşıyan şəxslərdən izahat tələb etməli, yol verilən nöqsanların səbəblərini ictimaiyyətə açıqlamalıdır. Çünki milli komandanın oyununda bu qədər elementar məsələlərin problemə çevrilməsi Azərbaycan futbolunun adına yaraşmır.

"Bu liqada iki top buraxdıqdan sonra oyunun gedişatını dəyişmək çox çətin olur"
II Liqanın 11-ci turunda “Ağstafa Gəncləri” “Difai”yə 3:0 hesabı ilə qalib gəldi.

1Sport.az-a açıqlama verən qonaqların məşqçisi Əli Hüseynov məğlubiyyəti şərh etdi:

"Oyuna yaxşı başlamadıq. Müdafiədə yol verdiyimiz iki kobud səhvdən rəqib maksimum yararlandı. Hesabda geri düşdükdən sonra dərhal oyuna müdaxilə etmək məcburiyyətində qaldım və erkən əvəzləməyə əl atdım. İkinci hissədə etdiyimiz dəyişikliklərdən sonra futbolçular daha yaxşı təsir bağışladılar, vəziyyəti düzəltməyə çalışdılar. Amma bu liqada iki top buraxdıqdan sonra oyunun gedişatını dəyişmək çox çətin olur".

Ə.Hüseynov heyət çatışmazlığından, qış transfer planlarından və növbəti turda "Marafon"la keçiriləcək görüşdən də danışdı:

"Görülməli işlərimiz çoxdur, düzəlməli mövqelərimiz var. Hazırda həm əsas heyətimiz, həm də ehtiyat oyunçular skamyamız kasaddır. Qış “transfer pəncərəsi”ndə zəif nöqtələrimizi gücləndirməyə çalışacağıq. Növbəti rəqibimiz "Marafon" yaxşı komandadır və turnir cədvəlində yüksək pillələrdə qərarlaşıb. Rəqibindən asılı olmayaraq hər matça eyni cür hazırlaşırıq. Əlimizdən gələnin ən yaxşısını edərək komandanı bu vəziyyətdən çıxarmaq və yenidən I Liqaya qayıtmaq istəyirik".

"Hədəfimiz ilk "altılıq"da yerimizi qorumaqdır"
II Liqanın 11-ci turunda "Ağstafa Gəncləri" "Difai"ni 3:0 hesabı ilə məğlub etdi.

1Sport.az-a açıqlama verən meydan sahiblərinin prezidenti Şahin Kərimov qarşılaşma ilə bağlı fikirlərini bölüşdü:

"Çox çətin oyun oldu. Hədəfimiz üç xal idi və buna nail olduq. Komanda meydanda əzmkar mübarizə apardı. "Difai" çox yaxşı kollektivdir, onları əvvəldən izləyirdim. Heyətlərində çox yaxşı gənc futbolçular var. Digər matçlarda da rəqiblər onlardan yalnız son dəqiqələrdə xal ala bilmişdilər. Bir az şansımız da gətirdi. İlk dəqiqələrdə fürsətlərdən yararlanıb, qələbə qazandıq".

Ş.Kərimov növbəti turda "Hypers"lə keçiriləcək görüşdən və komandanın mövsümdəki əsas məqsədindən də danışdı:

"Növbəti oyunda da hədəfimiz üç xal olacaq. Hər görüşə qələbə üçün çıxırıq. Əsas məqsədimiz komandanı maksimum yuxarı pillələrdə saxlamaq və ilk "altılıq"dakı yerimizi qorumaqdır. "Hypers" də "Difai" kimi fiziki cəhətdən yaxşı hazırlıqlı komandadır. Hər bir futbolçusu meydanda çox çalışır. Turnir cədvəlində də bizə yaxındırlar və ilk "altılığ"a düşmək üçün maksimum nəticə qazanmağa çalışacaqlar".

"Ağstafa Gəncləri" "Difai" ilə oyunu 10 dəqiqəyə həll etdi
II Liqanın 11-ci turunda baş tutan "Ağstafa Gəncləri" – "Difai" qarşılaşması kifayət qədər maraqlı və dinamik keçdi.

1Sport.az xəbər verir ki, oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ alan tərəf qonaqlar oldu. "Difai" matça daha fəal başladı və ardıcıl hücumlarla ev sahiblərinin müdafiə xəttini təzyiq altında saxlamağa çalışdı. Lakin Ağstafa şəhər stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmaması hər iki komandanın oyun qurmasına və topa dəqiq nəzarət etməsinə ciddi maneə yaradırdı.

"Ağstafa Gəncləri" tədricən oyunu öz xeyrinə çevirməyi bacardı. Hücumlarının sayını artıran meydan sahibləri cəmi 10 dəqiqə ərzində matçın taleyini həll etdilər. 18-də kapitan Elgün Namazov dəqiq zərbə ilə hesabı açdı. Cəmi iki dəqiqə sonra Elçin Qasımov fərqi iki topa çatdırdı. Bu, hücumçunun oyunda yeganə qolu olmadı. 28-ci dəqiqədə yenidən səhnəyə çıxan Elçin Qasımov dublunu rəsmiləşdirərək hesabı 3:0 etdi.

İkinci hissədə də oyunda sərt mübarizənin şahidi olduq. "Difai" təsəlli qolunu vurmaq üçün irəli atılsa da, meydan sahiblərinin müdafiəçiləri və qapıçı Ülvi Quliyev səhvə yol vermədi. Əsas vaxta əlavə olunmuş 4 dəqiqədə də hesab dəyişmədi və Əli Bağırovun komandası ilk dəqiqələrdəki çətinliyə baxmayaraq, 3:0 hesablı inamlı qələbə ilə meydanı tərk etdi.

15 noyabr 2026. Saat 14:30. Ağstafa şəhər stadionu. 60 tamaşaçı
Hakimlər: Rəsul Babayev, Ağadur Mahmudov, Elvin Mədətov, Rasim Musayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Ramin Süleymanov, 64 (qeyri-idman hərəkəti) // Nihad
Əliyev, 57 (qeyri-idman hərəkəti); Elvin Qurbanov, 79 (qeyri-idman hərəkəti)
Qollar: Elgün Namazov, 18; Elçin Qasımov, 20; 28
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

“Ağstafa Gəncləri”
16. Ülvi Quliyev
8. Elgün Namazov (k)
(21. Elgün Qəhrəmanov, 71)
10. Cavid İmamverdiyev
22. Adil Tağıyev
2. İlkin Allahverdiyev
24. Eşqin Kərimli
13. Ramin Süleymanov
(17. Elgün Salıfov, 65)
3. Nicat Oruclu
20. Elçin Qasımov
9. Sənan Aslanov
7. Hüseyn Alıyev
(18. Eldost Qiyasbəyli, 71)

Ehtiyat oyunçular:
1. Elgün Əmiraslanov
23. Uğur Məmmədhüseynov
11. Rahib Hüseynli
4. Şirməhəmməd Məmmədov
15. Yunis Hüseynov
6. Qəşəm Məmmədov
Baş məşqçi: Əli Bağırov

"Difai"
1. Ümid Paşayev
5. Zöhrab Əsədov
(17. Elvin Qurbanov,24)
(19. Rahil İbrahimov, 70)
71. Fəzail Şirxanzadə
11. Yaqub Yusubov
10. Məmməd Məmmədov
90. Ayxan Qaracayev
77. Enar Ağalarov
(99. Samir Hüseynli, 65)
3. Nihad Əliyev (k)
21. Emil Binyətzadə
(44. Miraqşin Abasov, 65)
2. Rafael Eyvazov
9. Azər Xəlilzadə

Ehtiyat oyunçular:
12. Fazil Həsənzadə
27. Firudin Rzayev
32. Gülağa Mirzəyev
Baş məşqçi: Adil Mahmudov