Turnirlər - 1Sport.az

Azərbaycan millisi 1.5 milyon avro qazandı
UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə qrup mərhələsi başa çatdığı üçün milli komandaların əldə etdiyi mükafatların dəyəri müəyyənləşib.

1Sport.az xəbər verir ki, Azərbaycan yığması 1,5 milyon avro qazanc əldə edib. Turnirin maliyyə bölgüsünə əsasən, D Liqasında iştirak edən hər federasiyaya 750 min avro ayrılır. Qrup qalibi isə eyni məbləğdə əlavə mükafat qazanır.

Digər divizionlarda ödənişlər daha yüksəkdir. A Liqasının hər iştirakçısına 2,25 milyon avro, qrup qalibinə isə əlavə 2,25 milyon avro nəzərdə tutulur. Beləliklə, bu liqanın qrup birinciləri 4,5 milyon avroluq ümumi mükafat əldə etmək hüququ qazanırlar.

B Liqasında iştirak haqqı 1,5 milyon avro, qrup qalibinin əlavə mükafatı da 1,5 milyon avrodur. C Liqasında isə hər iki ödəniş 1,25 milyon avro təşkil edir.

Bu bölgüyə əsasən, qrup qaliblərinin ümumi qazancı A Liqasında 4,5 milyon, B Liqasında üç milyon, C Liqasında 2,5 milyon, D Liqasında isə 1,5 milyon avroya çatır.

Bundan əlavə, turnirin final mərhələsində ilk dörd yeri tutan komandalar üçün ayrıca mükafatlar nəzərdə tutulub. Çempion altı milyon, finalçı 4,5 milyon, üçüncü yerin sahibi 3,5 milyon, dördüncü pillədə qərarlaşan komanda isə 2,5 milyon avro əlavə ödəniş əldə edəcək.

Beləliklə, A Liqasında qrup qalibi olan və daha sonra turnirin çempionluğunu qazanan komandanın sabit mükafatları 10,5 milyon avroya çata bilər.

Hesablamalara əsasən, Millətlər Liqasının cari mövsümündə iştirak və nəticələrə görə sabit ödənişlərin ümumi məbləği 122,5 milyon avro təşkil edir.

Qeyd edək ki, UEFA-nın bu ödənişləri birbaşa futbolçulara deyil, milli federasiyalara ayrılır. Federasiyaların oyunçulara verə biləcəyi mükafatlar isə ayrıca razılaşmalarla tənzimlənir.

Millətlər Liqasında 1/4 finalın bütün iştirakçıları bəlli oldu
UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə 1/4 final mərhələsinə vəsiqə qazanan bütün komandaların adına aydınlıq gəlib.

1Sport.az xəbər verir ki, qrup mərhələsinin yekunlarına əsasən, Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Norveç və Portuqaliya milliləri növbəti mərhələyə yüksəliblər.

A Liqasının dörd qrupunda ilk iki pilləni tutan komandalar 1/4 finalda iştirak hüququ qazanıblar.

1/4 final iştirakçıları:

Birinci qrup: Fransa, Belçika.

İkinci qrup: Almaniya, Niderland.

Üçüncü qrup: İngiltərə, İspaniya.

Dördüncü qrup: Portuqaliya, Norveç.

Sonuncu vəsiqənin sahibi noyabrın 17-də müəyyənləşib. Norveç millisi səfərdə Danimarkanı 3:2 hesabı ilə məğlub edərək qrupda ikinci yeri tutub.

1/4 final mərhələsinin püşkatma mərasimi noyabrın 20-də keçiriləcək. İlk qarşılaşmalar 2027-ci il martın 25-27-də, cavab görüşləri isə martın 28-30-da baş tutacaq.

Qalib gələn dörd komanda iyunun 9-13-də təşkil olunacaq final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar əvvəlki mövsümün finalında İspaniya ilə əsas və əlavə vaxtda 2:2 hesablı heç-heçə etdikdən sonra penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəliblər.

Norveçdən əzmkar qələbə, Portuqaliyadan geridönüş
UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə qrup mərhələsinin sonuncu, altıncı turunun oyunları keçirilib.

1Sport.az xəbər verir ki, turun mərkəzi oyununda Danimarka Norveçi qəbul edib və meydan sahibləri son dəqiqə qolu ilə məğlub olub.

Nəticələri təqdim edirik:

A Liqası, 4-cü qrup

Danimarka 2:3 Norveç

Uels 2:3 Portuqaliya

B Liqası, 2-ci qrup

Macarıstan 1:1 Şimali İrlandiya

Ukrayna 1:0 Gürcüstan

B Liqası, 3-cü qrup

İrlandiya 3:0 Kosovo

İsrail 1:1 Avstriya

B Liqası, 4-cü qrup

Bosniya və Herseqovina 2:1 Rumıniya

Polşa 1:1 İsveç

Almaniya Niderlandı darmadağın etdi
UEFA Millətlər Liqasında bu gün qrup mərhələsinin altıncı, son turunun 10 qarşılaşması baş tutub.

1Sport.az xəbər verir ki, turun mərkəzi oyunu Almaniyada baş tutub. Almanlar Niderland yığmasını darmadağın edib.

UEFA Millətlər Liqası. A Liqası

Almaniya 5 - 0 Niderland

Yunanıstan 1 - 0 Serbiya

B Liqası

Şimali Makedoniya 0 - 3 Sloveniya

İsveçrə 4 - 0 Şotlandiya

C Liqası

Farer adaları 1 - 0 Moldova

Qazaxıstan 2 - 2 Slovakiya

Estoniya 2 - 1 Bolqarıstan

İslandiya 3 - 0 Lüksemburq

D Liqası

Litva 2 - 1 Lixtenşteyn

Cəbəllütariq 1 - 1 Malta

İngiltərədən tarixi qələbə
UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupunda liderlik uğrunda baş tutan gərgin görüşdə İngiltərə millisi İspaniyaya qalib gəlib.

1Sport.az xəbər verir ki, Harri Keyn, Ezri Konsa və Ben Vaytın qolları ilə hesabda önə keçən ingilislər 63-cü dəqiqədə Elliyot Andersenin qırmızı vərəqə alması ilə meydanda azlıqda qalıb. Bundan sonra Mikel Oyarzabal və Niko Villiams fərqlənərək fərqi minimuma qədər endirib. Lakin meydan sahiblərinin bundan artığına gücü çatmayıb.

Beləliklə İngiltərə yığması həm rəqibinin 43 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub, həm də qrupu top fərqinə görə lider olaraq başa vurub.

Qeyd edək ki, İspaniya millisi sonuncu dəfə 22 mart 2024-cü il tarixində Londonda keçirilən yoxlama oyununda Kolumbiya yığmasına 1:0 məğlub olmuşdu.

"Trabzonspor"un futbolçusu milli komandada zədələnib
"Trabzonspor"un yarımmüdafiəçisi Ernest Muçi Albaniya millisinin heyətindən çıxarılıb.

1Sport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna 25 yaşlı futbolçunun UEFA Millətlər Liqasında Finlandiya ilə keçirilən oyunda (2:0) zədələnməsi səbəb olub. Hesabı açan qolun müəllifi olan Muçi aldığı zərbəyə görə Belarusla matçın heyətində yer almayacaq.

Onun yaşıl meydanlardan nə qədər uzaq qalacağı hələlik dəqiqləşməyib.

Türkiyə millisində ciddi itki
UEFA Millətlər Liqasında Fransa ilə qarşılaşacaq Türkiyə yığmasında ciddi itki qeydə alınıb.

1Sport.az xəbər verir ki, komandanın qapıçısı Uğurcan Çakır çiynindən zədələnib. Bu səbəbdən təcrübəli qolkiper görüşün heyətindən çıxarılıb.

Onun yoxluğunda "ay-ulduzlular"ın qapısını Berke Özer qoruyacaq. O, qarşılaşmaya start heyətində başlayacaq.

Portuqaliya millisində növbəti problemlər yaranıb
Portuqaliya yığmasının yeni kapitanı Bernardo Silva zədə səbəbindən komandanın növbəti oyununu buraxacaq.

1Sport.az xəbər verir ki, Danimarkaya məğlubiyyətlə bitən matçda millisinin yeganə qoluna imza atan futbolçu tibbi müayinədən keçib. Yoxlanış zamanı onun qarşıdakı görüşə hazır olmadığı müəyyənləşib.

Portuqaliya Futbol Federasiyası Silva ilə yanaşı, Ruben Diaş və Joao Palinyanın da düşərgədən kənarlaşdırıldığını rəsmi açıqlayıb.

Portuqaliyadan antirekord
Portuqaliya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda doğma meydanda Danimarkaya 1:4 hesabı ilə məğlub olması 23 ildən sonra seriyanın qırılması ilə yadda qalıb.

1Sport.az xəbər verir ki, Braqa şəhər stadionunda baş tutan qarşılaşma komandanın tarixi kapitanı Kriştianu Ronaldunun yoxluğunda alınan ən ağır məğlubiyyət kimi qeydə alınıb.

Qeyd edək ki, Portuqaliya millisi Ronaldusuz meydana çıxdığı oyunlarda sonuncu dəfə bir topdan artıq fərqlə 2003-cü il sentyabrın 6-da İspaniyaya (0:3) uduzmuşdu.

Qəzənfər Abbasov: "Millimizin oyununda nizam-intizam lazım idi"
Dünən Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteyn yığmasını 1:0 hesabı ilə məğlub edərək qrup liderliyini təmin edib. Lakin qələbəyə baxmayaraq, yığmamızın göstərdiyi oyun olduqca sıxıcı təsir bağışladı.

​Komandamız niyə belə oynadı? Lixtenşteynə niyə daha çox qol vura bilmədi? Ümumiyyətlə, bu qələbə futbolumuzun inkişafına necə töhfə verəcək? Suallarımızı Qəzənfər Abbasova ünvanladıq. Mütəxəssis 1Sport.az-a mövzu ilə bağlı açıqlamasında bunları dedi:

​“Millinin qələbəsi hamımızın qələbəsidir. Həqiqətən də, Ayxan müəllim gələndən sonra yığmamızda çox yaxşı dəyişikliklər olub. Komandada həm əzmkarlıq, həm də qələbə istəyi artıb. Futbolçular hər oyuna eyni istəklə çıxır, hər biri qələbə qazanmaq üçün can qoyur. Bunlar çox yaxşı və əla məqamlardır. Çünki millimizə birinci növbədə motivasiya, daha sonra isə oyun nizam-intizamı və taktiki cəhətdən düzgün futbol oynamaq lazım idi. Ayxan müəllim sağ olsun, bunların hamısını komandada inkişaf etdirib”.

​Abbasov millimizin matça hazırlığından və oyundakı üstünlüyündən də danışıb:

​“Millinin bəzi məşqlərində də iştirak edib futbolçuların həvəsini görmüşdüm. Onlar həmin əzmkarlığı dünənki oyunda da ortaya qoydular. Fikrimcə, hesab 1:0 yox, daha böyük olmalı idi. Çünki millimiz Lixtenşteyndən qat-qat yaxşı oynadı. Rəqib yalnız bəzi epizodlarda top saxlamağa və qol vurmağa çalışsa da, ümumi oyun baxımından yığmamız çox üstün idi. Ona görə də ilk növbədə Ayxan Abbasovu, bütün futbolçularımızı, millidə çalışan hər bir şəxsi və bütün Azərbaycanı bu qələbə münasibətilə təbrik edirəm. Bundan sonra da yığmamızdan qələbələr gözləyirik. Nəinki dünənki, qrupdakı bütün oyunları izlədim və inanıram ki, bu çıxış bizə gələcəyə nikbin baxmağa əsas verir. İnşallah, millimiz gələcəkdə daha yaxşı nəticələr qazanacaq”.