Harri Keynin uzunmüddətli zədəsindən sonra hücum xəttini gücləndirmək istəyən “Bavariya” sabiq futbolçusu Erik-Maksim Şupo-Motinqi gündəminə alıb.
1Sport.az xəbər verir ki, Münhen təmsilçisi “Nyu-York”la müqaviləsi dekabrda başa çatacaq 37 yaşlı kamerunlu forvardı “qış transfer pəncərəsi”ndə heyətinə qata bilər. Oyunçunun meneceri Rocer Vittmann da geri dönüşün mümkün olduğunu, lakin son qərarın klubdan asılı qaldığını bildirib.
Qeyd edək ki, 2020–2024-cü illərdə “Bavariya”da çıxış edən Şupo-Motinq 122 oyunda 38 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.