DataLife Engine / “Fənərbağça” “Lill”in yarımmüdafiəçisi ilə maraqlanır

“Fənərbağça” “Lill”in yarımmüdafiəçisi ilə maraqlanır

“Fənərbağça” klubu “Lill”də çıxış edən Nqalayel Mukaunu transfer siyahısına daxil edib.

1Sport.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı futbolçunun durumunu yaxından izləyir. Konqo Demokratik Respublikasından olan yarımmüdafiəçinin transferində İtaliyanın “Napoli” klubu da maraqlıdır. Fransa təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan oyunçunun “qış transfer pəncərəsi”ndə komandadan ayrılma ehtimalı var.

Qeyd edək ki, bazar dəyəri 15 milyon avro qiymətləndirilən Nqalayel Mukau cari mövsüm Fransa Liqa 1-də və Çempionlar Liqasında ümumilikdə 16 oyuna çıxıb və 1087 dəqiqə meydanda olub.

Dünən, 13:53
Geri dön