PSJ-nin baş məşqçisi Luis Enrike yarımmüdafiəçi Uorren Zaire-Emerinin “Loryan”la qarşılaşmada əsas heyətdə yer alacağını təsdiqləyib.
1Sport.az xəbər verir ki, Fransa çempionatının 12-ci turu çərçivəsində keçiriləcək matç 20 yaşlı futbolçu üçün Paris klubunda 200-cü oyun olacaq.
“Uorren digərlərindən fərqli, xüsusi oyunçudur. O, akademiyamızın yetirməsidir və həm meydanda, həm də meydandan kənarda əla keyfiyyətlərə malikdir. Bilirəm ki, hər matçda oynamaqdan məmnun olardı. Sabah əsas heyətdə yer alacaq. O, bizim üçün vacib oyunçudur”.
Qeyd edək ki, fransalı futbolçu cari mövsümdə 16 oyuna çıxıb və 2 məhsuldar ötürməyə imza atıb.