Misli Premyer Liqasında XIII turun oyunları davam edir.
1Sport.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutur.
Günün ilk matçında "Turan Tovuz" doğma meydanda "Kəpəz"i qəbul edib. Qərb derbisində ev sahibi doğma meydanda 2:1 hesabı ilə qalib gəlib. İlk dövrədə Gəncə təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib.
Digər görüşdə isə son çempion "Sabah" cari mövsümdə hələ qələbə qazana bilməyən "Araz-Naxçıvan"la üz-üzə gəlib. "Sabah Arena"da keçirilən oyunda "bayquşlar" 2:0 hesabı ilə qalib gəlib. İlk dövrədə Masazır təmsilçisi səfərdə minimal hesablı qələbəyə sevinib - 1:0.
Qeyd edək ki, turun dünən keçirilən açılış oyunlarında "Şəfa" "İmişli"yə (3:1), "Neftçi" isə "Zirə"yə (1:0) qalib gəlib. Tura sabah baş tutacaq "Şamaxı" – "Qəbələ" və "Qarabağ" – "Sumqayıt" matçları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
II dövrə, XIII tur
28 noyabr
“Turan Tovuz” – “Kəpəz” - 0:0 (Birinci hissə başa çatıb)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov
VAR: Rəvan Həmzəzadə
Köməkçi VAR hakimi: Teymur Teymurov
Tovuz şəhər stadionu
19:00. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Əli Əliyev
Köməkçi VAR hakimi: Zeynal Zeynalov
“Sabah Arena”