DataLife Engine / "Məqsədimiz Super Liqada qalmaqdır"

"Məqsədimiz Super Liqada qalmaqdır"

"Samsunspor"un baş məşqçisi Nenad Byelitsa komandanın mövsüm üçün əsas hədəfini açıqlayıb.

1Sport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis mümkün qədər tez xal toplayaraq Super Liqada qalmağı təmin etmək istədiklərini bildirib. O, "Gençlerbirliği" ilə matçın birbaşa rəqiblə mübarizə baxımından əhəmiyyətinə toxunub:

"Belə matçlarda bəzən topa sahib olmaq, bəzən isə əks-hücumlara üstünlük vermək lazımdır. "Konyaspor"la oyunda önə keçdikdən sonra bir qədər geri çəkildik. Buna baxmayaraq, əks-hücumlarda təhlükə yarada bilən yaxşı futbolçularımız var".

Qeyd edək ki, "Samsunspor" cari mövsümdə keçirdiyi 12 oyunda 2 qələbə qazanıb. Komanda 7 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Dünən, 23:54
Geri dön