DataLife Engine / "Rəhbərlik son görüşdə də mənə etimadını göstərdi"

"Rəhbərlik son görüşdə də mənə etimadını göstərdi"

​Misli Premyer Liqasının 13-cü turunda "Şəfa" səfərdə "İmişli"yə qalib gəldi - 3:1.

​1Sport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Zaur Həşimov iştirak etdi.

​Mütəxəssis görüş haqda bunları söylədi:

​"Qələbəyə çox ehtiyacımız var idi. Uşaqlar bacardıqlarından daha artığını etdilər. Şükürlər olsun ki, 3 xal qazana bildik. Oyun gərgin alındı. Birinci hissədə qismən də olsa, üstünlüyümüz var idi və hesabda önə keçdik. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə isə əks-hücumların birində üçüncü qolu vuraraq qələbə qazandıq. Müdafiədə minimum səhvə yol verdik, uşaqların xarakteri böyük rol oynadı. Klub rəhbərliyi ilə mütəmadi olaraq görüşürük. Rəhbərlik son görüşdə də mənə etimadını göstərdi. Qarşıda bizi "Neftçi", "Sabah" və "Qarabağ"la oyunlar gözləyir. Bu üç matçda xal qazanmaq üçün əlimizdən gələni edəcəyik."

Bu gün, 17:24
Geri dön