II Liqada mübarizə aparan “Şirvan” klubunda maliyyə problemlərinin yarandığı və komandanın dağılmaq üzrə olduğu barədə məlumatlar yayılıb.
1Sport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Pərviz Bayramov açıqlamasında bu iddiaları qəti şəkildə təkzib etdi:
“Yayılan məlumatlar həqiqəti əks etdirmir, düşərgədə heç bir maddi sıxıntıdan söhbət gedə bilməz. Ötən ildən bəri idarəetməyə özüm nəzarət edirəm və komandada hər şey qaydasındadır. İstər futbolçuların, istərsə də klub əməkdaşlarının maaşları bir gün belə gecikmir, bütün öhdəliklər tam şəkildə yerinə yetirilir. Bizim öz büdcəmizə uyğun transfer siyasətimiz var: əgər beş manatımız varsa, gedib beş manatlıq da oyunçu alırıq. Məlumatı araşdırmadan bu cür xəbərlər yazmaq düzgün deyil. Hazırda komandada ab-hava yüksək səviyyədədir və bütün diqqətimizi qarşıdakı oyunlara yönəltmişik”.
Qeyd edək ki, “Şirvan” II Liqada geridə qalan 12 turdan sonra turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.