“Mançester Yunayted” Portuqaliyanın “Sportinq” klubunun gənc istedadı Qonsalveşi transfer etmək istəyir.
1Sport.az xəbər verir ki, oyun üslubuna görə “yeni Kriştiano” adlandırılan futbolçu cari mövsüm Portuqaliya çempionatında 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Çelsi”nin də maraq dairəsində olan vingerin Lissabon təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, “Sportinq” onun 60 milyon avroluq sərbəstqalma məbləğini artırmaq üçün yeni saziş hazırlayır.