“Bavariya”nın sağ cinah müdafiəçisi Saşa Boeyin komandadakı gələcəyi yenidən gündəmə gəlib.
1Sport.az xəbər verir ki, Münhen təmsilçisi fransalı futbolçunun maaş yükündən xilas olmaq niyyətindədir. Almaniya klubu qışda münasib təklif gələcəyi təqdirdə 26 yaşlı oyunçu ilə yollarını ayırmağa hazırdır.
Qeyd edək ki, Saşa Boey bu mövsüm “Bavariya”nın heyətində 5 matçda cəmi 69 dəqiqə meydanda olub. Bazar dəyəri 7 milyon avro qiymətləndirilən futbolçunun klubla müqaviləsi 2028-ci ilə qədərdir.