İtaliyada həvəskar futbol matçı qırmızı vərəqə alan oyunçunun rəqib komandanı bıçaqla hədələməsi səbəbindən dayandırılıb.
1Sport.az xəbər verir ki, hadisə “Qalaktik Paolini” və “Atletik Partanna” komandalarının görüşündə baş verib.
“Qalaktik Paolini”nin futbolçusu rəqibi vurduğuna görə meydandan qovulub. Daha sonra bıçaqla meydana qayıdan oyunçu rəqib futbolçuları hədələyib. Hakim təhlükəsizlik səbəbindən oyunu dayandıraraq polis çağırıb.
Qeyd edək ki, polis faktla bağlı araşdırma aparır, “Atletik Partanna” isə İtaliya Futbol Federasiyasına rəsmi müraciət edib.