DataLife Engine / “Komandam oyuna hazırdır”

“Komandam oyuna hazırdır”

“Barselona”nın baş məşqçisi Hans Flik UEFA Çempionlar Liqasının 5-ci turunda “Sabah”a qarşı keçirəcəkləri qarşılaşmada komandasının motivasiyası barədə danışıb.

1Sport.az xəbər verir ki, almaniyalı mütəxəssis Bakıya 3 xal üçün gəldiklərini vurğulayıb:

"Bizim üçün vacib oyundur, 3 xal qazanmalıyıq. “Sabah” Çempionlar Liqasında debüt edir, “Barselona”, “Mançester Yunayted” kimi rəqiblərə qarşı hər oyunçu 100 faiz motivasiya olur. Bizdə də vəziyyət eynidir, komandam sabahkı matça tam hazırdır".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda baş tutacaq “Sabah” – “Barselona” görüşü saat 21:45-də başlayacaq.

24-11-2026, 21:25
Geri dön