“Barselona”nın baş məşqçisi Hans Flik UEFA Çempionlar Liqasının 5-ci turunda “Sabah”a qarşı keçirəcəkləri matçda Lamin Yamalın iştirak etməməsinə münasibət bildirib.
1Sport.az xəbər verir ki, almaniyalı çalışdırıcı gənc ulduzun müayinədən sonra İspaniyada saxlanıldığını deyib:
"Keçmişdə də Yamalsız oynamışıq, nə edəcəyimizi bilirik. Bizim üçün çox vacib oyunçudur. Dünən səhər onu müayinə etdik və qərara gəldik ki, evdə qalması daha məqsədəuyğundur. Onun əvəzinə kimin oynayacağını hələ qərarlaşdırmamışıq. Bu gün məşqimiz var, sıx qrafikə görə heyətdə müəyyən dəyişikliklər ola bilər".
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” oyunu saat 21:45-də start götürəcək.