DataLife Engine / “Lamin Yamalın Bakıya gəlməməsinə görə üzüldüm”

“Lamin Yamalın Bakıya gəlməməsinə görə üzüldüm”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 5-ci turunda “Barselona” ilə keçirəcəkləri oyun öncəsi rəqib komandanın ulduz futbolçusu Lamin Yamalın Bakıya gəlməməsinə münasibət bildirib.

1Sport.az xəbər verir ki, litvalı mütəxəssis azarkeşlərin ispaniyalı vingeri meydanda görə bilməyəcəyinə təəssüfləndiyini deyib:

"Azərbaycanlı azarkeşlər üçün üzüldüm, çünki onu görmək istəyirdilər. Yamal dünya futbolunun ikonlarından biridir, onu burada görmək yaxşı olardı. Lakin onun yoxluğu “Barselona”nın baş məşqçisi üçün problem deyil. Heyətlərindəki hər bir oyunçu ayrı-ayrılıqda superulduzdur".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması saat 21:45-də başlayacaq.

24-11-2026, 19:24
Geri dön