DataLife Engine / "Oyunun ədalətli nəticəsi heç-heçə idi"

"Oyunun ədalətli nəticəsi heç-heçə idi"

"Kəpəz"in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 12-ci turunda "Qarabağ"la qolsuz heç-heçə (0:0) etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

1Sport.az xəbər verir ki, mütəxəssis qarşılaşmanı belə dəyərləndirib:

“Bilirdik ki, qarşılaşdığımız rəqib Azərbaycan futbolunun tanınması üçün töhfə verib. "Qarabağ"ın gücü bizə bəlli idi.

Bu gün komandam yaxşı oynadı. İlk hissədə əlimizə düşən şanslardan istifadə etsəydik, qalib gələrdik. "Qarabağ"ın da yaxşı epizodları oldu.

Oyunun ədalətli nəticəsi heç-heçə idi. Hər iki kollektiv gözəl futbol nümayiş etdirdi.

Azarkeşlər möhtəşəm idi. Onlara təşəkkür etmək istəyirəm. Meydanda futbolçular da əziyyət çəkdilər. Onlara da azarkeşlərə zövq verən oyun nümayiş etdirdikləri üçün təşəkkür edirəm".

Bu gün, 20:42
Geri dön