"Qalatasaray" "qış transfer pəncərəsi"ndə müdafiəçisi El-Şaday Bitşiabu ilə vidalaşmağa hazırlaşır.
1Sport.az xəbər verir ki, İstanbul təmsilçisi yayda "Leyptsiq"dən icarəyə götürdüyü 21 yaşlı stoperi heyətdə saxlamaq istəmir.
Yaxın günlərdə müqaviləyə xitam vermək üçün futbolçu və Almaniya klubu ilə danışıqlar aparılacaq.
Qeyd edək ki, Bitşiabu cari mövsüm cəmi 1 oyunda 21 dəqiqə meydanda olub.