DataLife Engine / "Çelsi" evdə "Lids Yunayted"ə darmadağın oldu

"Çelsi" evdə "Lids Yunayted"ə darmadağın oldu

İngiltərə Premyer Liqasının 11-ci turunda "Çelsi" doğma meydanda "Lids Yunayted"i qəbul edib.

1Sport.az xəbər verir ki, "Stemford Bric"də keçirilən qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 25-ci dəqiqədə meydan sahiblərindən Emmanuel Emeqa açıb. Lakin Noa Okafor, Dominik Kalvert-Lüin və Brenden Aaronsonun qolları qonaqlara əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, 1999-cu ilin dekabrından bəri ilk dəfə səfərdə bu rəqibini məğlub edən "Lids" xallarını 17-yə çatdırıb. "Çelsi" isə 16 xalda qalıb.

Dünən, 21:11
Geri dön