DataLife Engine / "Qələbəyə layiq olan tərəf biz idik"

"Qələbəyə layiq olan tərəf biz idik"

Misli Premyer Liqasının 12-ci turunda "Qəbələ" səfərdə "Şəfa"ya qalib gəldi - 2:0.

1Sport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Yeton Bekiri iştirak etdi.

Mütəxəssis görüş haqda bunları söylədi:

"Komandamız 90 dəqiqə ərzində yaxşı oyun nümayiş etdirdi. Əlbəttə, problemlərimiz də var. Amma bu gün qələbəyə layiq olan tərəf biz idik. "Zirə"yə məğlubiyyətdən sonra bu qələbə bizim üçün çox vacib idi. Kərim Rossiyə gəlincə, "Qəbələ"yə gələndə onun zədəsi var idi və uzun müddət məşq etməmişdi. Bu həftə məşqlərə başlayıb. Bu gün də ehtiyatdan meydana çıxdı. Növbəti oyunlarda daha çox şans qazanacaq. Qarşıdakı matçlarda süni örtüklü meydançada oynamaq bizi narahat edir. Çünki süni örtüklü meydançada oynamaq çətindir. Amma başqa seçimimiz yoxdur, orada oynamağa məcburuq. Qəbələdə də süni örtüklü məşq meydançamız var. Ümid edirəm ki, federasiya gələcəkdə bütün meydançaların təbii örtüklü olması ilə bağlı qərar verər. Bu ölkəni və çempionatı çox sevirəm. Bu liqa ən yaxşısına layiqdir. Ona görə də meydançaların keyfiyyətli olması vacibdir. Mən bura gələndə komanda 6 oyunda cəmi 2 qol vurmuşdu. Sonra tədricən oyun sistemini dəyişdik və qolların sayı artmağa başladı. Düşünürəm ki, zamanla daha da yaxşı olacağıq".

Dünən, 20:48
Geri dön