DataLife Engine / "Trabzonspor"lu futbolçu "Roma"nın hədəfində

"Trabzonspor"lu futbolçu "Roma"nın hədəfində

"Roma" "Trabzonspor"unun oyunçusu Ernest Muçini heyətinə qatmağı planlaşdırır.

1Sport.az xəbər verir ki, A Seriyası təmsilçisi qış "transfer pəncərəsi"ndə 25 yaşlı futbolçunu transfer etmək niyyətindədir.

Qara dəniz klubu isə 2029-cu ilin yayına qədər müqaviləsi olan Muçi üçün ən azı 20 milyon avro tələb edir.

Qeyd edək ki, o, cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 14 matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Dünən, 13:23
Geri dön