DataLife Engine / "Trabzonspor"da bu futbolçular komandadan ayrıla bilər

"Trabzonspor"da bu futbolçular komandadan ayrıla bilər

"Samsunspor" "Trabzonspor"un üzvləri Pol Onuaçu və Batista Mendini heyətinə qatmağı planlaşdırır.

1Sport.az xəbər verir ki, qış "transfer pəncərəsi"ndə komandanı gücləndirmək istəyən Qara dəniz təmsilçisi hər iki oyunçunun keçidi üçün qarşı tərəflə danışıqlara başlamağa hazırlaşır.

"Trabzonspor"la daha 1 illik müqaviləsi olan nigeriyalı hücumçu Pol Onuaçu cari mövsüm gözləntiləri doğrultmur. Liqa iştirak ərizəsinə daxil edilməyən fransalı yarımmüdafiəçi Batista Mendinin isə sazişi mövsümün sonunda başa çatır.

Bu gün, 11:23
Geri dön