DataLife Engine / "Bavariya"nın ulduzu bir neçə ay oynamayacaq

"Bavariya"nın ulduzu bir neçə ay oynamayacaq

"Bavariya"nın hücumçusu Harri Keyn ağır zədə alıb.

1Sport.az xəbər verir ki, Bundesliqanın 10-cu turunda "Köln"lə heç-heçə başa çatan matçın 20-ci dəqiqəsində sıradan çıxan ingiltərəli forvardın vəziyyətinə aydınlıq gəlib.

Münhen təmsilçisinin baş məşqçisi Vinsent Kompani ulduz futbolçunun ayaq biləyində yırtıq aşkarlandığını və onun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Qeyd edək ki, Keyn cari mövsüm meydana çıxdığı 10 matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu gün, 10:42
Geri dön