DataLife Engine / "Beşiktaş" "Milan"ın futbolçusunu transfer etmək istəyir

"Beşiktaş" "Milan"ın futbolçusunu transfer etmək istəyir

"Beşiktaş" klubu "Milan"nın yarımmüdafiəçisi Ruben Loftus-Çiki heyətinə qatmağı planlaşdırır.

1Sport.az xəbər verir ki, İstanbul təmsilçisi qış "transfer pəncərəsi"ndə orta xətti gücləndirmək üçün 30 yaşlı ingiltərəli oyunçunu hədəfə alıb. 

"Qara qartallar"ın rəhbərliyi müqaviləsi mövsümün sonunda başa çatacaq və komandada az şans qazanan futbolçunun keçidi ilə bağlı qarşı tərəflə danışıqlara başlamağa hazırlaşır. 

Qeyd edək ki, 2023-cü ildə "Çelsi"dən 18,9 milyon avroya transfer olunan Loftus-Çik cari mövsüm cəmi 9 matçda meydana çıxıb.

Bu gün, 09:17
Geri dön