İspaniyanın "Atletiko" klubunun ulduzu Ademola Lukman La Liqada "Barselona"ya qarşı keçiriləcək görüşü buraxa bilər.
1Sport.az "Marca"ya istinadən xəbər verir ki, Nigeriya millisində dizindən zədələnən futbolçunun Madrid klubundakı tibbi müayinəsi problemin gözləniləndən ciddi olduğunu göstərib. Bu səbəbdən Lukmanın dekabrın 2-də baş tutacaq matçda iştirakı böyük sual altındadır.