İspaniyanın "Valensiya" klubu "Fənərbağça"nın hücumçusu Vedat Muriqini heyətinə qatmaq niyyətindədir.
1Sport.az xəbər verir ki, La Liqa təmsilçisi 32 yaşlı kosovolu forvardı qışda icarəyə götürmək üçün çalışacaq.
Qeyd edək ki, Muriqi cari mövsüm İstanbul klubunda keçirdiyi 18 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.