DataLife Engine / "Qalatasaray"a İngiltərədən şad xəbər

"Qalatasaray"a İngiltərədən şad xəbər

Qış "transfer pəncərəsi" üçün heyətini gücləndirmək istəyən "Qalatasaray"a İngiltərədən sevindirici xəbər gəlib.

1Sport.az xəbər verir ki, İstanbul təmsilçisi yayda keçidi baş tutmayan Bruno Fernandeş üçün yenidən hərəkətə keçməyə qərar verib.

Britaniya mətbuatında yayılan son iddialardan sonra portuqaliyalı "sarı-qırmızılılar"ın transfer siyahısında yenidən ilk sıraya yüksəlib. Bu dəfə keçidin reallaşması üçün üstünlüyün məhz "Qalatasaray"ın tərəfində olduğu bildirilir.

Qeyd edək ki, "Mançester Yunayted" kapitan ilə müqavilə yeniləməktə çətinlik çəkir

14-11-2026, 10:47
Geri dön