"Yuventus"un və Türkiyə millisinin gənc ulduzu Kenan Yıldız Lionel Messidən hədiyyə alıb.
1Sport.az xəbər verir ki, argentinalı şəxsən özü üçün hazırlanan xüsusi butsiləri yarımmüdafiəçiyə göndərib. Gənc oyunçu bu jestə "Emosional biri olsaydım, indi ağlayardım" sözləri ilə reaksiya verib.
Qeyd edək ki, Messi ötən il dünya üzrə seçdiyi 10 gənc istedad arasına məhz Kenan Yıldızı da daxil etmişdi.