DataLife Engine / "Fənərbağça"dan yeni transfer həmləsi

"Fənərbağça"dan yeni transfer həmləsi

Transfer axtarışlarını davam etdirən "Fənərbağça" "Sportinq"in məşhur futbolçusunu istəyir.

1Sport.az xəbər verir ki, "sarı-lacivərdlilər" Rodriqo Zalazarın xidmətində maraqlıdır. Bu barədə "A Bola" nəşri məlumat yayıb. 

İstanbul klubunun uruqvaylı oyunçunun keçidi üçün qış "transfer pəncərəsi"ndə rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi cari mövsüm Lissabon təmsilçisinin forması ilə meydana çıxdığı 11 oyunda 3 qola, 1 məhsuldar ötürməyə imza atıb.

Bu gün, 16:55
Geri dön